Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.18.2026 | 21:50 | Baxılıb: 1228
Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

“gece.ws” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayılıb.

“Tərəflər Ermənistan–Azərbaycan normallaşma prosesinə xüsusi diqqət yetirməklə, regionda dialoqun və əməkdaşlığın irəliləməsinə dair fikir mübadiləsi aparıblar”, – məlumatda bildirilib.

Qeyd olunub ki, müzakirələr zamanı davamlı diplomatik təmasların əhəmiyyəti, sülh danışıqlarında əldə edilmiş irəliləyiş, hərtərəfli və davamlı sülh sazişinə doğru dinamikanın qorunub saxlanılmasının zəruriliyi vurğulanıb.

Həmçinin Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və iqtisadi tərəfdaşlıq sahələrindəki imkanları nəzərdən keçirib, davamlı təmasların əhəmiyyəti vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.