Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.13.2026 | 08:49 | Baxılıb: 1015
Xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

XİN-dən “gece.ws”ya bildirilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.