Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.01.2026 | 13:14 | Baxılıb: 5488
“Qurtuluş” Reabilitasiya Mərkəzinin qanunsuz azadlıqdan məhrumetmə cinayətində ittiham olunan rəhbəri Ceyhun Salmanov və iki əməkdaşının məhkəmə araşdırması başa çatıb.

“gece.ws” xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinfə keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Ceyhun Salmanov, Elşən Məhərrəmov və Natiq Əliyev verilmiş ittihamlarla təqsirli biliniblər.

Onlara 3 il 6 aya kimi azadlıqdan məhrum etmə cəzası təyin edilib. Lakin hər birinin cəzası şərti hesab edilib.

Üçü də məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə daha əvvəl adam oğurluğu və əzab vermə maddələri ilə də ittiham verilmişdi. Lakin yekunda prokurorun qərarı ilə həmin ittihamlara xitam verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.