Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.13.2025 | 18:37 | Baxılıb: 10481
Son günlər məcburi köçkünlərlə bağlı verdiyi qalmaqallı açıqlamalarla gündəmə gələn jurnalist Səidə Bəkirqızı sentyabrın 8-də işə başladığı “Space TV”dən də ayrılıb.

“gece.ws” xəbər verir ki, S.Bəkirqızının “Xəbərin izində” proqramının yayımı dayandırılıb və o, işdən azad olunub. 

S.Bəkirqızı məlumatı “Manset.az”a təsdiqləyib. 

Xatırladaq ki, bu gün Audiovizual Şura Səidə Bəkirqızının cəmi 5 gün efirdə yayımlanan verilişində səsləndirdiyi şərhlərə görə “Space TV”nin yayımının 6 saatlıq dayandırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, S.Bəkirqızı bundan əvvəl məcburi köçkünlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün baş redaktoru olduğu “MediaTurk TV”dəki işindən uzaqlaşdırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.