Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.23.2026 | 10:24 | Baxılıb: 2764
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat həyata keçirilib.

“gece.ws” “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat ümumilikdə İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyanı əhatə edib.

Əməliyyat zamanı 13 nəfər saxlanılıb. 

Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib. Bununla da, qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin vəzifəsi isə bərpa olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.