Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.19.2026 | 18:18 | Baxılıb: 1393
Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara Fövqəladə Hallar Nazirliyi təkrar müraciət edib.

“gece.ws” xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.