Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.11.2026 | 20:15 | Baxılıb: 2617
UEFA Çempionlar Liqasının final qarşılaşmasının hakim təyinatları açıqlanıb.

“gece.ws” xəbər verir ki, PSJ və “Arsenal” komandaları arasında keçiriləcək həlledici oyun Almaniyadan olan hakimlər briqadasına həvalə edilib.

Final matçında baş hakim funksiyasını Daniel Zibert yerinə yetirəcək. Ona VAR (Video Köməkçi Hakim) otağında həmyerlisi Bastian Dankert köməklik göstərəcək.

Qeyd edək ki, Çempionlar Liqasının böyük finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Puşkaş Arena”da keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.