
“gece.ws” xəbər verir ki, 28 yaşlı hücumçu bu uğura “Nyukasl”a qarşı keçirilən cavab qarşılaşmasındakı möhtəşəm performansı ilə nail olub.
Belə ki, Kataloniya təmsilçisinin 7:2 hesablı darmadağınla qalib gəldiyi oyunda Rafinya iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, braziliyalı oyunçu azarkeşlər arasında keçirilən səsvermədə rəqiblərini böyük fərqlə qabaqlayıb. O, siyahıda yer alan “Sportinq”dən Fransişku Trinkau, “Real Madrid”in ulduzu Vinisius Junior və “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslaini geridə qoyaraq həftənin bir nömrəsi seçilib.