Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.10.2025 | 00:05 | Baxılıb: 1928
“Azarkeşlərə təşəkkür edirəm. Onlar İslandiyaya 0:5 uduzmağımıza baxmayaraq, gəlib bizə dəstək oldular”.

“gece.ws” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə keçirilən ev matçından sonra deyib.

“Rekorda gəlincə, çox sevinirəm. Buna şadam. Çox əziyyət çəkirdim ki, millidə bombardir olum. Komanda yoldaşlarımın da bunda əməyi böyükdür. Onların sayəsində bombardir oldum”.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. E.Mahmudov Ukraynanın qapısına penaltidən yol tapmaqla millidəki qollarının sayını 15-ə çatdırıb. O, bununla da Qurban Qurbanovun 21 illik rekordunu (14 qol) qırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.