
“gece.ws” xəbər verir ki, dünən saat 13 radələrində Kürdəxanı qəsəbəsinin ərazisində yerləşən çoxmərtəbəli binada təmir işləri görən şəxs hündürlükdən yıxılaraq ölüb.
Vəfat edən tikinti işçisinin Quba rayon sakini 1989-cu il təvəllüdlü Qamət Müslüm oğlu Sultanov olduğu müəyyənləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.