Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.25.2026 | 12:12 | Baxılıb: 2839
CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” FK oyunu üçün vauçerlər bu gün satışda olacaq.

“gece.ws” xəbər verir ki, bu barədə Ağdam klubu paylaşım edib.

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” FK matçını “Natsionalen Stadion Vasil Levski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az vasitəsilə onlayn satışa çıxarılacaq.

Azarkeşlər üçün “Natsionalen Stadion Vasil Levski” stadionunda 800 yer ayrılıb. Biletlərin qiyməti isə 28 AZN-dir.

Qeyd olunub ki, bilet əldə edən şəxslər stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi gətirməlidir. 

Xatırladaq ki, CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” oyunu iyulun 30-da Bakı vaxtı ilə 22:00-da, yerli vaxtla isə 21:00-da başlayacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.