Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.28.2026 | 11:25 | Baxılıb: 1275
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin qalibi olub.

“gece.ws” xəbər verir ki, idmançı bunu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən yarışda bacarıb.

O, finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib. B.Ağayev gümüş medalla kifayətlənməli olub.

Daha əvvəl Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb.

Qeyd edək ki, “Böyük Dəbilqə” martın 1-də başa çatacaq.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.