Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.20.2026 | 17:52 | Baxılıb: 2108
Finlandiyanın KuPS klubunun baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

“gece.ws” xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Finlandiyalı mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını vurğulayıb:

“Bakıda olduğumuza görə şadıq. Bizi çətin qarşılaşma gözləyir. “Sabah”ın I təsnifat mərhələsindəki matçlarını izləmişik. Rəqib komanda topla yaxşı rəftar edir. Onları təhlil etməyə çalışdıq. Hər şey meydanda bəlli olacaq. Lakin real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dır. Diqqətimizi bu matça yönəltmişik”.

Qeyd edək ki, “Sabah” və KuPS komandaları arasında ilk matç iyulun 21-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.