
“gece.ws” “Bein sports”a istinadən xəbər verir ki, bu barədə futbolçunun bacısı Katia Aveiro açıqlama verib.
O, Portuqaliyanın mundialdakı oyunu öncəsi jurnalistlərə bildirib ki, turnir Ronaldonun milli komandadakı “son rəqsi” olacaq:
“Onunla bağlı bu anların dadını çıxarın. Əldə etdiyim məlumata görə, bu, onun son rəqsidir”.
Buna baxmayaraq, Kriştiano Ronaldo özü hələ ki, milli karyerasını başa vuracağını rəsmi şəkildə təsdiqləməyib.