Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.27.2026 | 10:16 | Baxılıb: 1544
Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

“gece.ws” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda qeydə alınıb.

Belə ki, Ağsu istiqamətindən hərəkət edən Əlismayıl İsmayıl oğlu Nəbiyevin idarə etdiyi “Daewoo Nexia” markalı avtomobil yol kənarında dayanmış 2 ədəd “Vaz 2106” markalı avtomobilə çırpılıb.

Nəticədə həmin avtomobillərin birində olan sərnişin Kamran Nadir oğlu Məmmədov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən vəfat edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanılaraq istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.