Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.29.2026 | 16:46 | Baxılıb: 1099
Dağıstanda güclü yağışlar səbəbindən su basan ərazilərdən 3338 nəfər təxliyə edilib.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Həmin şəxslərdən 1033 nəfərinin uşaq olduğu bildirilib. 

Ümumilikdə regionda 760 ev su altında qalıb. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 670-dən ço canlı qüvvə və 224 texnika cəlb edilib.

Xatırladaq ki, Dağıstanda yağıntının miqdarı ilə bağlı yeni rekord qeydə alınıb. Belə ki, regionda bir sutka ərzində 50 millimetrdən çox yağıntı olub ki, bu da 1919-cu ilin martında qeydə alınan tarixi maksimumu geridə qoyub. Nəticədə çaylar daşıb və küçələri, evləri su basıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.