Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha 5 güləşçimiz mübarizəyə qoşulur
 
						Daha 5 güləşçimiz mübarizəyə qoşulur
Əlavə olunub: 04.08.2025 | 12:38 | Baxılıb: 1071
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın daha 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq.

“gece.ws” xəbər verir ki, yarışın ikinci günündə Nurəddin Novruzov (61 kq), Ağanəzər Novruzov (71 kq), Arseniy Cioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildeşvili (125 kq) ilk görüşlərini keçirəcək.

Bu gün həmçinin Orxan Abasov (79 kq) təsəlliverici görüşə çıxacaqsa, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal uğrunda yarışacaq.

Avropa çempionatı aprelin 13-dək davam edəcək. Görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.