
“gece.ws” xəbər verir ki, bu barədə məlumatı qurumun Mətbuat xidməti yayıb.
Son günlər ərzində saxlanılan həmin şəxslər arasında Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot- d'İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları var.
Bildirilib ki, qanunsuz miqrantların yaşayış, eləcə də iş yerlərində axtarış və yoxlamalar aparılıb: “Saxlanılan şəxslər hazırda miqrantların müvəqqəti yerləşdirilməsi ilə bağlı mərkəzə aparılıb və onların ölkədən çıxarılması ilə bağlı iş aparılır”.