Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.07.2026 | 20:57 | Baxılıb: 2322
“Real Madrid”in vingeri Vinisius Junior İspaniya klubu ilə müqaviləsini yeniləməsi barədə danışıb.

“gece.ws” xəbər verir ki, braziliyalı ulduz sosial şəbəkə hesablarında paylaşım edərək təəssüratlarını bölüşüb:

“Bernabeu”da səkkiz il elə azdır ki... Daha altı il və həmişəlik “Real Madrid”!

Qeyd edək ki, tərəflər arasında imzalanan yeni sözləşmə 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Vinisius 2018-ci ilin yayından “Real Madrid”in şərəfini qoruyur. İstedadlı futbolçu Madrid təmsilçisinə Braziliyanın “Flamenqo” klubundan 45 milyon avro qarşılığında transfer olunub. Başa çatan mövsümdə o, “Kral klubu"in heyətində 53 matçda iştirak edərək 22 qol vurub və 14 məhsuldar ötürmə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.