Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.09.2025 | 10:21 | Baxılıb: 864
Azərbaycan millisinin daha bir boksçusu Liverpulda dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

“gece.ws” xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Komandamızın heyətində Alfonso Dominqesin (90 kq) ardınca Səidcəmşid Cəfərov (75 kq) bu hüquqa yiyələnib.

O, 1/8 finalda Dayqo Sunaqa (Yaponiya) ilə üz-üzə gəlib. Boksçumuz hər 3 raundu aktivinə yazıb və döyüşü 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesabı ilə xeyrinə bitirib.
Cəfərov 1/4 finalda Pavlo İlliuşa (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, yığmamızın heyətində daha 3 boksçumuz 1/8 final döyüşünə çıxacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.