
“gece.ws” nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.
Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Maarif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, dünən Mərdəkanda gənc bacı-qardaş da dənizdə boğularaq ölüb. Onlardan birinin meyiti sudan çıxarılsa da, digərinin axtarışı davam etdirilir.