Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.08.2026 | 09:11 | Baxılıb: 3476
Xəbər verdiyimiz kimi, avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi dava zamanı 1983-cü il təvəllüdlü Azər Arzu oğlu Yusifov qətlə yetirilib.

“gece.ws"in məlumatına görə, öldürülən şəxs Gəncə və ətraf rayonlarda tanınmış vəkil olan Araz Yusifovun qardaşı imiş.

Məlum olub ki, Azər Yusifov restoranda dava salan bir qrup gənci ayırmağa çalışarkən bıçaq xəsarəti alıb və hadisə yerində vəfat edib

Qeyd edək ki, A.Yusifov ailəli olub, iki uşaq atası idi.

Hadisə zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Fotoda Azər Yusifov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.