Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.23.2026 | 21:42 | Baxılıb: 1326
İslamabadda davam edən İran-ABŞ sülh danışıqları hazırda faktiki olaraq dondurulub.

“gece.ws” xəbər verir ki, bu haqda “Al-Arabiyya” Pakistan mənbəsinə istinadən məlumat yayıb.

“Danışıqların ləğvindən söhbət getmir, lakin onlar hazırda dayandırılıb, həqiqətən də dondurulub. Danışıqların davam etməsi üçün həm İran, həm də Amerika tərəflərindən güzəştlər tələb olunur”, - məlumatda bildirilir. Pakistanlı diplomat həmçinin qeyd edib ki, danışıqlarda irəliləyiş “çox zəifdir”.

Qeyd edilir ki, danışıqlara əsas maneə ABŞ-nin davam edən dəniz blokadası olaraq qalır. Tehran onun ləğvini dialoqun davam etdirilməsi üçün əsas şərt kimi göstərir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.