
“gece.ws” xəbər verir ki, Tramp bu haqda “New York Post” qəzetinə müsahibəsində bildirib.
İslamabaddakı mənbələr Tehranla məsləhətləşmələrdə vasitəçilik səylərinin müsbət nəticələrini bildiriblər. Yaxın “36-72 saat” ərzində sülh danışıqlarının bərpası ehtimalının olduğu qeyd edilir.
“Bu mümkündür!”, - Ağ Ev rəhbəri təsdiqləyib.
Xatırladaq ki, İran nümayəndə heyəti aprelin 22-də İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda iştirakdan imtina etdikdən sonra ABŞ Prezidenti Donald Tramp atəşkəs rejimini birtərəfli qaydada uzadıb. İran tərəfi atəşkəsin uzadılmasını tanımayacağını bəyan edib.