Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.26.2026 | 11:26 | Baxılıb: 1322
Milli Hidrometeorologiya Xidməti aprelin 26-sı saat 11:00-a olan faktiki havanı açıqlayıb.

Xidmətdən “gece.ws”ya verilən məlumata görə, ölkənin əsasən bəzi yerlərində arabir yağış, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Belə ki, düşən yağıntının miqdarı Quba, Göygöl, Gədəbəydə 5, Qusar 3, Daşkəsən 2, Xaçmaz, Gəncə, Naftalan, Şabran Astara, Yardımlı, Astara, Lənkəran, Lerikdə 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 26, Ağdam, Naftalanda 24, Tərtər, İsmayıllıda 22, Oğuzda 21 Neftçala, Qəbələ, Bərdədə 20, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Balakən, Şəki, Zərdab, Daşkəsəndə 18, Sabirabadda 17, Mingəçevir, Qobustan, Biləsuvarda 16, Culfada 15 m/s-yə çatıb.

Gəncə, Şəmkir, Altıağac, Qusar, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.