Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.22.2026 | 00:45 | Baxılıb: 1385
Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Vüsal Əsgərov bıçaqlanma diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

Hadisənin hansı şəraitdə və necə baş verməsi ilə bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma başlanılıb.

***

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 19 yaşlı Amil Sarıyev saxlanılıb. Araşdırmalar davam etdirilir.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.