Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.21.2026 | 13:15 | Baxılıb: 1128
Avqustun 20-si gündüz saatlarında Daşkəsən rayonuna aramsız yağan leysan yağışları nəticəsində Daşkəsən-Mollahəsənli avtomobil yoluna iri qaya parçaları və palçıq kütləsi tökülərək yol bağlanıb.

“gece.ws” xəbər verir ki, nəticədə kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hazırda yolun açılması istiqamətində işlər aparılır. Belə ki, problemin aradan qaldırılması istiqamətində dərhal işlərə başlanılıb. “31 saylı Yol İstismarı” MMC, “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin dəstəyi ilə əraziyə texnikalar cəlb olunub. Yol iri qaya parçaları və palçıq kütləsindən təmizlənib.

Rayonda qeyri-sabit hava şəraiti davam edir. Bütün idarə, müəssisə və xidmət sahələri fəaliyyətlərini hava şəraitini nəzərə almaqla qurur.

Yunis Quliyev




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.