Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.09.2026 | 13:24 | Baxılıb: 2904
Braziliya futbolunda “Kruzeyro” – “Atletiko-MG” matçında kütləvi dava düşüb.

“gece.ws” “Talksport”a istinadən xəbər verir ki, oyunun ilk yarısının son dəqiqələrində futbolçular arasında başlayan mübahisə qısa müddətdə geniş vüsət alıb.

Belə ki, mübahisə əlavə vaxtda “Atletiko-MG”nin qapıçısı Everson ilə “Kruzeyro"in yarımmüdafiəçisi Kriştian arasında baş verən epizoddan sonra başlayıb. Bundan sonra hər iki komandanın futbolçuları, ehtiyat oyunçuları və məşqçi heyəti meydana daxil olaraq bir-birinə hücum edib, yumruq və təpiklər atıb.

Hakim insidentdən sonra 12-si “Kruzeyro”, 11-i isə “Atletiko-MG” futbolçularına olmaqla rekord sayda - 23 qırmızı vərəqə göstərib.

Bu, Braziliya futbolunda bir oyunda göstərilən ən çox qırmızı vərəqə kimi tarixə düşüb.

Qarşılaşma təxminən 10 dəqiqə dayandırılıb, stadionda vəziyyəti sakitləşdirmək üçün təhlükəsizlik qüvvələri müdaxilə edib. Davada bəzi futbolçuların xəsarət aldığı, qapıçı Eversonun isə başı yarıldığı üçün meydanı tərk etdiyi bildirilir.

Qeyd edək ki, matç 1:0 hesabı ilə “Kruzeyro"in qələbəsi ilə başa çatıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.