Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.27.2026 | 21:22 | Baxılıb: 5477
FIFA 2026-cı il Dünya Çempionatının ən gözəl qolunu açıqlayıb.

“gece.ws” xəbər verir ki, “Trabzonspor” və Kabo-Verde millisinin müdafiəçisi Sidni Kabralın 1/16 final mərhələsində Argentina qapısına vurduğu qol turnirin ən yaxşı qolu seçilib.

Gərgin keçən qarşılaşmanın 103-cü dəqiqəsində səhnəyə çıxan Kabral vurduğu qolla hesab 2:2 olsa da, Kabo-Verde yığması əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşmışdı. Matçın nəticəsindən asılı olmayaraq, bu qol FIFA-nın böyük mükafatına layiq görülüb.

Qeyd edək ki, keçirilən səsvermədə ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü yeri isə Haiti yığmasının forvardı Vilson İzidor tutub.

Xatırladaq ki, DÇ-2026-nın qalibi Argentina üzərində 1:0 minimal hesablı qələbə qazanan İspaniya millisi olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.