Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.29.2026 | 12:36 | Baxılıb: 10867
Dünya çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Əlcəzair – Avstriya matçı ilə bağlı “danışılmış oyun” şübhələri artmaqda davam edir.

“gece.ws” xəbər verir ki, qarşılaşma 3:3-lük bərabərliklə başa çatıb.

Həmin matçın 28-ci dəqiqəsində Avstriya hesabı açır. Lakin birinci hissənin son dəqiqəsində afrikalılar bərabərlik qolunu vurur. Avstriya 55-ci dəqiqədə yenidən önə keçir. Cəmi 5 dəqiqə sonra Əlcəzair fərqlənərək hesabda tarazlıq yaradır. 

90+3-cü dəqiqədə isə Afrika təmsilçisi önə keçir. Lakin bu zaman futbolçulara bildirilir ki, onlar ikinci pillənin sahibi olacağı halda İspaniya ilə qarşılaşmaq məcburiyyətində qalacaqlar. 

Nəticədə, Əlcəzair 90+6-cı dəqiqədə qol buraxaraq ən yaxşı üçüncülər arasına girir və İsveçrəyə rəqib olur. 

Bu matçın belə hesabla bitməsi böyük şübhələrə yol açır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.