Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.21.2026 | 10:26 | Baxılıb: 1980
2026-cı il Dünya Çempionatının 6-cı qrupunda keçirilən ikinci tur matçı Yaponiya üçün həm qələbə, həm də tarixi bir mərhələ ilə yadda qalıb.

“gece.ws” xəbər verir ki, Asiya təmsilçisi Tunis milli komandasını 4:0 hesabı ilə məğlub edərək turnirdə böyük üstünlük qazanıb.

Bu qarşılaşma, eyni zamanda, DÇ tarixində 1000-ci oyun kimi qeyd olunub və futbolun qlobal turnirində əlamətdar anlardan biri olub.

Matçın əvvəlindən oyuna sürətli başlayan Yaponiya 4-cü dəqiqədə Daiçi Kamadanın qolu ilə hesabı açıb. Tunis tərəfi epizoddan əvvəl qayda pozuntusu olduğunu iddia etsə də, hakim qərarı dəyişməyib.

Yaponiya ilk hissədə üstünlüyünü davam etdirərək 31-ci dəqiqədə Ayase Uedanın uzaq məsafədən vurduğu dəqiq zərbə ilə fərqi iki topa çatdırıb – 2:0.

İkinci hissədə də oyunun tempini idarə edən Yaponiya 69-cu dəqiqədə Junya İtonun qolu ilə hesabı 3:0 edib. Matçın sonlarında isə Ueda 83-cü dəqiqədə başla fərqlənərək dublunu rəsmiləşdirib və yekun nəticəni müəyyənləşdirib - 4:0.

Bu məğlubiyyətlə Tunis turnirdə ardıcıl ikinci dəfə uduzaraq xal qazana bilməyib və DÇ-dən kənarlaşdırılan ilk ərəb komandası oldu.

Yaponiya isə bu qələbə ilə xallarını 4-ə yüksəldərək qrupdan çıxmaq yolunda mühüm addım atıb və DÇ-nin 1000-ci tarixi matçında dominant performans nümayiş etdirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.