Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.23.2026 | 19:44 | Baxılıb: 5295
Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu milli komandanın məşqi zamanı zədələnib.

“gece.ws” xəbər verir ki, 2026-cı il FIFA Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən məşqdə futbolçular arasında ikitərəfli oyun zamanı Kerem Aktürkoğlu yerdə qalıb və məşqi davam etdirə bilməyib.

Hadisədən sonra meydançaya daxil olan tibbi heyət futbolçunun dizinə sarğı tətbiq edib. Yeriməkdə çətinlik çəkən Kerem daha sonra komanda yoldaşlarının və əməkdaşların köməyi ilə meydandan çıxarılıb.

Zədə alan milli futbolçunun göz yaşlarını saxlaya bilmədiyi görüntülərə əks olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.