
“gece.ws” xəbər verir ki, 2026-cı il FIFA Dünya Kubokuna hazırlıqlarını davam etdirən Braziliya millisinin istifadəsinə veriləcək təyyarə milli komandanın rəngləri ilə bəzədilib.
Tədbir çərçivəsində müxtəlif şənliklər təşkil olunub, iştirakçılar xüsusi anlara şahidlik ediblər.
Latın Amerikasında uzun illərdir davam edən ənənəyə uyğun olaraq keçirilən vəftiz mərasimi mühüm səfərlər və layihələr öncəsi uğur arzusu rəmzi hesab olunur. Bu dəfə həmin ənənə Braziliya millisini DÇ-yə aparacaq təyyarə üçün həyata keçirilib.
Mərasim zamanı təyyarənin ətrafında bayram ab-havası hökm sürüb.