Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.03.2026 | 11:36 | Baxılıb: 1070
Futbol üzrə Əvəzedicilər Liqasında iki həftəlik fasilə yaranacaq.

“gece.ws” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu, 2027-ci ildə Azərbaycan və Özbəkistanda baş tutacaq FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 millisinin təlim-məşq toplanışının keçirilməsi ilə bağlıdır

"Toplanış 13-26 aprel tarixlərini əhatə edəcək. AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potenisal futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək. Belə ki, Əvəzedicilər Liqasının aprelin 13-də keçiriləcək oyunlarından sonra yarışda iki həftəlik fasilə yaranacaq. Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək", - deyə qurumdan bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.