Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.25.2026 | 18:49 | Baxılıb: 2487
ABŞ xüsusi nümayəndəsinin DÇ-2026-da İranın İtaliya ilə əvəzlənməsi təklifi beynəlxalq futbol qurumu və İtaliyanın özü tərəfindən rədd edilib.

“gece.ws” BBC-yə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolinin səsləndirdiyi qalmaqallı təklif dəstək qazanmayıb.

Zampoli dördqat dünya çempionu olan İtaliyanın təsnifat mərhələsini keçməməsinə baxmayaraq, İranın yerinə turnirə dəvət olunmasını təklif etmişdi.

FIFA prezidenti Canni İnfantino isə məsələyə son qoyaraq, İran millisinin turnirdə iştirakının dəqiq olduğunu bildirib:

“İran millisi mütləq gələcək. Onlar öz xalqını təmsil edirlər, haqq qazanaraq vəsiqə alıblar və futbolçular oynamaq istəyir. İdman siyasətdən kənar olmalıdır”.

Xatırladaq ki, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıb. Bu dəfə “Azzurri” həlledici pley-off matçında Bosniya və Herseqovinaya uduzaraq şansını itirib. İran isə DÇ-2026-nın qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq. Turnir iyunun 11-də start götürəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.