Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.30.2026 | 10:49 | Baxılıb: 7336
Xəbər verdiyimiz kimi, ötən gün Abşeronda baş vermiş ağır qəzada 2 keçmiş futbolçu həlak olub.

“gece.ws"in məlumatına görə, Lökbatan-Qobu yolunda baş vermiş hadisədə həyatını itirən Rauf Ədalət oğlu Hüseynov və dostu Bəhruz İlham oğlu Sultanov futbol məşqçisi kimi Lökbatan və Qobuda yeniyetmələrə məşqlər keçirmişlər. Onlar həm də Qobuda birlikdə avtoyuma məntəqəsi işlədiblər.

Qeyd edək ki, hadisə vaxtı Raufun idarə etdiyi “Toyota” markalı minik avtomobili ilə Mais Ağahüseyn oğlu Ağaverdiyevin idarə etdiyi “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə R.Hüseynov və onun avtomobilindəki sərnişin B.Sultanov dünyasını dəyişib, digər sürücü xəsarət alıb.

Fotoda Rauf Hüseynov

Fotoda Bəhruz Sultanov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.