Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.13.2026 | 12:30 | Baxılıb: 9004
Aprelin 12-nə keçən gecə paytaxtın Suraxanı rayonu Zığ şosesində baş vermiş ağır qəzada ölənlərin kimliyi müəyyənləşib.

“gece.ws"in əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Elmir Vaqif oğlu Qubadovun idarə etdiyi “Toyota Carolla”nın yolun hərəkət hissəsində dayanmış yük maşınına çırpılması nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Bunlar 1986-cı il təvəllüdlü Elvin Vaqif oğlu Əsgərov və 1984-cü il təvəllüdlü  Samir Qismət oğlu Məmmədovdur. Hadisə nəticəsində 1965-ci il təvəllüdlü Azad Yaqub oğlu Əhmədov isə xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisəyə yük maşınının sutkanın qaranlıq vaxtı təhlükəsizlik tədbirlərinə əməl etməməsi səbəb olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.