Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.03.2025 | 11:57 | Baxılıb: 6561
Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan AZAL təyyarəsində həyatını itirən Rəşid Qıstarovun hadisədən öncə lentə aldığı videogörüntülər üzə çıxıb.

“gece.ws” xəbər verir ki, görüntüləri mərhumun oğlu Abbas Qıstarov paylaşıb.

O bildirib ki, atası Rəşid Qıstarovun telefonunu iki gün əvvəl əldə edib. Sözügedən görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.