
Bu barədə “gece.ws”ya FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Zeynəblə birlikdə atası və bacı-qardaşı da dənizdə batmışdı. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində onun atası 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və bacısı 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib. 2005-ci il təvəllüdlü qardaşı Məmmədov Raul Rasim oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.