
“gece.ws” xəbər verir ki, bu barədə erməni siyasətçi məhkəmənin həyətində jurnalistlərə açıqlamasında bildirib.
“Mən parlamentdə maaş almayacağam, imtina edəcəyəm. Bütün fraksiya isə mükafat pullarından (premiya) imtina edəcək”, – deyə Karapetyan vurğulayıb.
O, həmçinin, böyük ehtimalla, parlamentdəki fraksiyaya şəxsən rəhbərlik edəcəyini qeyd edib.
Parlamentin müxalifətdən olan vitse-spiker namizədinə gəlincə, Karapetyan bildirib ki, namizəd irəli sürüb-sürməyəcəkləri ilə bağlı hələlik yekun qərarları yoxdur.
Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu bundan bir neçə gün öncə Narek Karapetyana qarşı cinayət işi qaldırdığını elan etmişdi.