Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.28.2026 | 10:07 | Baxılıb: 2494
Cəlilabadda ağır yol qəzası baş verib.

“gece.ws” xəbər verir ki, hadisə dünən səhər saat 08 radələrində rayonun Üçtəpə kəndində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü H.Yarməmmədov “Vaz 21043” minik markalı avtomobillə Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.

M.Zamanov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Bildirilib ki, hadisə 13 yaşlı məktəbli dərsə gedərkən baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.