“gece.ws” “Marca”ya istinadən xəbər verir ki, onun ölümünü anası açıqlayıb.
40 yaşlı Kreyqin harada tapıldığı və necə öldüyü barədə açıqlama verilməyib.
Nəşr yazır ki, Eynsvort İspaniyada itkin düşməzdən əvvəl müəmmalı mesaj yazıb: “Əlvida, gözəl insanlar. Çoxlarınız üçün bu, şok olacaq, amma son dörd il ərzində çox əziyyət çəkdim”.
Qeyd edək ki, ölən mühafizəçi 2013-2015-ci illərdə Bekhemlərin yanında işləyib. Eynsvord daha əvvəllər Conni Depp, Cennifer Lourens və Arnold Şvartsenegger kimi məşhurların da cangüdəni olub.