Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.21.2026 | 22:05 | Baxılıb: 2807
Məşhur Braziliya serialı “Klon”da “Doktor Albiyeri” obrazı ilə tanınan aktyor Juca de Oliveira vəfat edib.

“gece.ws” xəbər verir ki, 91 yaşlı aktyor pnevmoniya və ürək xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, aktyor 1950-ci illərdən etibarən sənət fəaliyyətinə başlayıb və uzun illər teatr, kino və televiziya sahəsində çalışaraq Braziliya dramaturgiyasına mühüm töhfələr verib.

Onun vəfatı Braziliya sənət aləmində böyük itki kimi qiymətləndirilir.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.