Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.14.2026 | 08:42 | Baxılıb: 2879
Türk kinosunun tanınmış simaları Halil Ergün və Hülya Koçyiğit arasında 9 ildir davam edən küsülülük başa çatıb.

“gece.ws” xəbər verir ki, 2017-ci ildə başlayan “salamlaşmamaq” mübahisəsi bu dəfə barışla nəticələnib.

İkilinin münasibətlərindəki gərginlik 2017-ci ildə keçirilən Malatya Beynəlxalq Film Festivalı zamanı baş vermiş salamlaşma mübahisəsindən sonra yaranmışdı. Həmin hadisə uzun müddət media gündəmində müzakirə olunmuş və iki aktyor arasında soyuqluğa səbəb olmuşdu.

Uzun fasilədən sonra sənətçilər Fatma Girik üçün təşkil edilən anım mərasimində yenidən bir araya gəliblər. Gecə ərzində onların səmimi münasibəti və birlikdə kamera qarşısına keçməsi diqqət çəkib.

Hər iki sənətçi baş verənlərin sadəcə anlaşılmazlıqdan qaynaqlandığını bildirərək küsülülüyə son qoyduqlarını açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.