Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.11.2025 | 00:50 | Baxılıb: 7185
Salyanda bir neçə gündür axtarılan gəncin meyiti tapılıb.

“gece.ws” xəbər verir ki hadisə hadisə rayonun Yenikənd kəndində baş verib.

Belə ki, kənd sakini 19 yaşlı Əhməd Ramil oğlu Dadaşzadə ötən axşam suvarma kanalından sakinlər tərəfindən ölü aşkar olunub.

Qeyd edək ki, Ə. Dadaşzadə sentyabrın 6-da evdən çıxaraq geri qayıtmayıb. Kənd sakinlərinin sözlərinə görə, o karta pul köçürmək adı ilə evdən çıxıbmış.

Gəncin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.