Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.23.2026 | 16:55 | Baxılıb: 5387
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cıdır düzündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova “Mərd” adlı Qarabağ atını hədiyyə edib. 

“gece.ws"in məlumatına görə, bu, Türkmənistan rəhbərliyinə təqdim olunan ilk Qarabağ atı deyil.

Belə ki, ötən ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun atası Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı oxşar hadisə yaşanmışdı.

Q.Berdiməhəmmədov İ.Əliyev ilə birlikdə Cıdır düzündə Qarabağ atlarının təqdimatında iştirak etmişdi. Həmin vaxt Türkmənistan Xalq Məsləhətinin sədrinə “Dostluq” adlı Qarabağ atı hədiyyə olunmuşdu.

Qısa müddət ərzində həm ata, həm də oğula hədiyyə edilən atların adları da diqqət çəkir. Azərbaycanın milli sərvətlərindən hesab olunan bu atlar iki ölkə arasında dostluq münasibətlərinin növbəti ifadəsi kimi dəyərləndirilir.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.