Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.09.2026 | 11:14 | Baxılıb: 2523
“Taliban” lideri Hibətullah Axundzadə qruplaşmanın üzvlərinə və dövlət qulluqçularına smartfonlardan istifadəni qadağan edib.  

“gece.ws” xəbər verir ki, bu barədə Londonda fəaliyyət göstərən “Afghanistan International” telekanalı məlumat yayıb.

Qadağanı pozanların hərbi məhkəmə qarşısına çıxarılacağı bildirilir. Bununla belə, onlara qarşı hansı cəzanın tətbiq edilə biləcəyi açıqlanmır. Hərbi məhkəmələrin əməkdaşlarına həmçinin dövlət qulluqçuları arasında smartfonlara qadağanın icrasına nəzarəti təmin etmək tapşırılıb. Bunun üçün nəzarət edilməli olan bütün şəxslərin adları, vəzifələri, xidmət yerləri, eləcə də mobil operatorları haqqında məlumatlar və telefon nömrələri daxil olan siyahı hazırlanıb.

Nəşrin iddiasına görə, bundan bir neçə gün əvvəl Əfqanıstanın məktəb və mədrəsələrində smartfonlardan istifadə qadağan edilib. Ali təhsil naziri smartfonları “müsəlmanların üç əsas düşmənindən biri” adlandırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.