
“gece.ws"in AZƏRTAC-a istinadən məlumatına görə, iclasdan sonra Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhərinin Baş planı ilə tanış olublar.
***
İclasdan sonra Xocavənd rayonunda “İmperium Agro MMC” bağçılıq təsərrüfatına baxış keçirilib.
***
Xocavəndə səfər çərçivəsində Qərargahın üzvləri rayonun Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
***
Xocavəndə səfər çərçivəsində rayonun Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib.
Tədbirdə müəssisənin fəaliyyəti və yerli iqtisadiyyata verdiyi töhfə haqqında məlumat dinlənilib.











