Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.04.2025 | 16:29 | Baxılıb: 2871
Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə ittiham olunan Şöhrət Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“gece.ws” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr olub.

Tərəflərin razılığı ilə cinayət işinin baxışa verilməsi qərara alınıb.

Məhkəmənin ilk baxış iclası 14 noyabra təyin edilib. Həmin gün təqsirləndirilən şəxsin ittihamları tək-tək elan ediləcək.

Qeyd edək ki, Şöhrət Məmmədov bu ilin mart ayında DTX əməliyyatçıları tərəfindən saxlanılıb. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə təqsirləndirilir.

Ş.Məmmədova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə verilmiş ittiham sübuta yetirilərsə, o, 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.