Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.05.2026 | 08:30 | Baxılıb: 3811
Azərbaycanda kibertəhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyətə başlayıb.

“gece.ws” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, kibertəhqiqatın həm prosessual kibertəhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kibertədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:

“Bu istiqamət üzrə həm “cyber investigation”, həm də “cyber examination” bölmələri tandemdə işləyərək, kibertəhlükələrə qarşı, xüsusən APT tipli ciddi kibertəhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.